İtaliyada özünü doğrultmayan futbolçu yenidən “Qalatasaray”a qayıdır?
04.03.2025 , 23:22

“Qalatasaray”ın 10 milyon avroluq alış opsiyası ilə “Roma”ya icarəyə verdiyi Viktor Nelssonla bağlı xəbərlər o qədər də xoş deyil.
Korner.az xəbər verir ki, futbolçu göstərdiyi oyunla İtaliya kubunun diqqətini çəkə bilməyib.
“Parma” ilə matçda 45 dəqiqə meydanda olan danimarkalı oyunçu, “Monza” və “Komo” ilə qarşılaşmanı ehtiyat skamyasından izləyib.
Nelssonun mövsümün sonunda “Qalatasaray”a dönəcəyi gözlənilir.
