İtaliyada “Latsio”nun futbolçusu İmmobileyə bıçaqla hücum olub
08.07.2018 , 15:52

Romanın “Latsio” klubunun forvardı Çiro İmmobile Frankavilla-al-Maredə istirahət zamanı fanatın hücumuna məruz qalıb
Naməlum şəxs İmmobilenin dostu ilə münaqişə edib, ardınca isə bıçaqla futbolçuya və ətrafındakılara hücum edib.
Yoldan keçənlər vəziyyətə müdaxilə ediblər, lakin cani hadisə yerindən qaçıb. Polis hücum edənin şəxsiyyətini müəyyənləşdirib. Bu, İtaliya çempionatı oyunlarını izləsməsinə qadağa qoyulmuş futbol azarkeşi olub.
