İtaliyada klubunu dəyişir
29.01.2025 , 13:58

“Udineze”nin hücumçusu Lorenzo Lukka İtaliyada klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində “Milan” maraqlıdı.
Milan təmsilçisi yaxın zamanda Lorenzo üçün danışıqlara başlayacaq.
Hazırda italiyalının bazar dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
Forvard A Seriyasında cari mövsümdə 21 oyun keçirib, 8 qol vurub.
