İtaliya millisinin 2015-ci il üçün ən yaxşı futbolçusu məlum olub.
Korner.az-ın məlumatına görə, PSJ-nin yarımmüdafiəçisi Marko Verratti İtaliya millisinin ən yaxşı oyunçusu seçilib.
Bu barədə İtaliya Futbol Federasiyasının saytı məlumat yayıb. Azarkeşlər arasında keçirilən sorğuda M.Verratti 29 faiz səs toplayıb.
İkinci yeri Canluici Buffon (26 faiz), üçüncü yeri isə Antonio Kandreva (21 faiz) tutublar