İtaliyada azarkeşlər dalaşdı, avtomagistral bağlandı
09.01.2023 , 11:34

“Roma” və “Napoli” azarkeşlərinin davası avtomagistralın müvəqqəti bağlanmasına səbəb olub.
Korner.az-ın məlumatına görə, paytaxt klubunun fanları “Milan”, Neapol təmsilçisinin fanları isə “Sampdoriya” ilə oyunu izləməyə gedərkən yolda qarşı-qarşıya gəliblər.
İtaliya mətbuatı azarkeşlər arasında yaşanan qarşıdurma nəticəsində bir nəfərin bıçaq yarası aldığını yazır. Fanatların bir-birini daş yağışına tutması, gözyaşardıcı qazdan istifadə etməsi ucbatından magistralda 15 kilometrlik tıxac yarıb, yol qısa müddətə bağlanıb.
Qeyd edək ki, “Napoli” “Sampdoriya”nı 2:0 məğlub edib, “Roma” isə “Milan”la heç-heçə edib – 2:2.
