İtaliyada ayın ən yaxşı məşqçisi o seçildi
12.12.2025 , 21:46
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatında noyabr ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
Korner.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Alleqrinin rəhbərliyi altında “Rossoneri” noyabr ayında A Seriyasında keçirdiyi 4 oyundan 3-də qələbə qazanıb və 1-də heç-heçə edib. 58 yaşlı mütəxəssis Kristian Kivu (“İnter”), Viçenzo İtalyano (“Bolonya”) və Sesk Fabreqası (“Komo”) kimi rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, bu, Alleqrinin mövsümdə qazandığı ikinci mükafatdır. O, sentyabr ayında da ən yaxşı məşqçi seçilmişdi.