İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, milli komandanı “Avro-2016″dan sonra “Torino”nun baş məşqçisi Campetro Ventura çalışdıracaq.
Bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio məlumat verib:
“Biz Venturanı seçdik. O, istədiyimiz keyfiyyətlərə malikdir”.
İtaliya mətbuatı Ventura ilə iki illik müqavilə imzalanacağını yazıb. 68 yaşlı mütəxəssisin ilinə 1 milyon 300 min avro qazanacağı gözlənilir.
