İtaliya yığmasının futbolçusu Marko Veratti zədələnib.
Korner.az-ın məlumatına görə, futbolçu qasıq nahiyəsindən xəsarət alıb.
Tibbi müayinədən keçən PSJ-li futbolçunun durumunun ağır olduğu məlum olub. Verrati 8 həftə yaşıl meydanlardan uzaq qalacaq. İstedadlı oyunçunun “Avro-2016″da iştirak edəcəyi böyük sual altındadı.
