"Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizlə 3:1 hesabı ilə qalib gələn İtaliya yığması yeni rekord müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, "Skuadra Adzurra" növbəti dəfə seçmə mərhələ oyununda meydanı məğlubiyyətsiz tərk edib.
Bununla da, dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 49-cu dəfə uduzmayan İtaliya yığması yeni rekorda imza atıb. Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə "Avro-2008"in seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə məğlub olub.
