İtaliya və İspaniya evdə, Yunanıstan səfərdə qalib gəldi
24.03.2019 , 10:04

Ötən gün AÇ-2020-nin seçmə mərhələsində ilk tura yekun vurulub.
Belə ki, D, F və J qruplarında ümumulikdə 8 qarşılaşma keçirilib.
D qrupunda mübarizə aparan İsveçrə səfərdə Gürcüstan millisinə 2-0 hesabı ilə qalib gəlib. Qrupun digər görüşündə İrlandiya Cəbəllütarıq millisinin qonağı olub. Görüş qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb.
F qrupunda 3 görüş keçirilib və hər birində meydan sahiblərinin qələbəsi qeydə alınıb. Günün ilk görüşündə Malta Farer Adaları yığmasını 2-1 hesabı ilə məğlub edib. Eyni hesab İsveç – Rumıniya və İspaniya – Norveç qarşılaşmalarında da qeydə alınıb. Hər iki görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
J qrupunun favoritlərindən İtaliya millisi Finlandiya yığmasının 2-0 hesabı ilə məğlub edib. Yunanıstan səfərdə Lixteynşteyn kollektivindən güclü olub. “Ellada” ölkəsinin təmsilçiləri 2-0 hesabı ilə qələbə qazanıblar. Qrupun bir digər görüşündə isə Bosniya və Herseqovina millisi Ermənistanı 2-1 hesabı ilə məğlubiyyətə uğradıblar
AVRO-2020
23 mart, şənbə
D qrupu
Gürcüstan 0-2 İsveçrə
Qollar: Stivn Zuber – 56, Denis Zakaria – 80
Cəbəllütarıq 0-1 İrlandiya
Qollar: Cef Hendrix – 49
F qrupu
Malta 2-1 Farer Adaları
Qollar: Kyrian Nvoko – 13, Stiv Borq – 78, Tomson Yakub Ludviq – 98
İsveç 2-1 Rumıniya
Qollar: Robin Kuasiyon – 33, Viktor Klaesson – 40, Klaudio Keseru – 58
İspaniya 2-1 Norveç
Qollar: Rodriqo – 16, Josua Kinq – 64 (pen), Serxio Ramos – 72 (pen)
J qrupu
Bosniya və Herseqovina 2-1 Ermənistan
Qollar: Rade Kruniç – 33, Deni Miloseviç – 80, Henrik Mkitaryan – 93 (pen)
Lixtenşteyn 0-2 Yunanıstan
Qollar: Furtunas Konstantinas – 45+1, Donis Anastasios – 80
İtaliya 2-0 Finlandiya
Qollar: Nikola Barella – 7, Moiz Kin – 74
