Dünyanın bir sıra yığma komandaları yoldaşlıq görüşləri keçirməkdə davam edir.
Korner.az-ın məlumatına görə, ötən gün daha 6 qarşılaşma baş tutub.
"Avro-2012"nin iştirakçılarından Çexiya Macarıstan, Ukrayna Avstriya, İtaliya isə Rusiya ilə qarşılaşıb. Bu oyunlarla yanaşı, digər Avropa komandaları da qüvvələrini yoldaşlıq görüşlərində sınayıblar.
1 iyun
Beynəlxalq yoldaşlıq görüşləri
Meksika – Bosniya – Hersoqovina – 2:1
Qollar: Dos Santos, 6 (1:0), Ceko, 28 (1:1), Hernandez, 90 (2:1)
Latviya – Litva – 5:0
Qollar: Kauna, 13-pen (1:0), Gauraks, 17 (2:0), 48 (4:0), Visnakovs, 36 (3:0), Smirnovs, 80 (5:0)
Çexiya – Macarıstan – 1:2
Qollar: Dzudsaq, 6 (0:1), Kadleç, 25-pen (1:1), Qyurkso, 88 (1:2)
Estoniya – Finlandiya – 1:2
Qollar: Kuqi, 10 (0:1), 22 (0:2), Oper, 33 (1:2)
Avstriya – Ukrayna – 3:2
Qollar: Yunozoviç, 3 (1:0), Qusev, 56 (1:1), 65 (2:2), Arnautoviç, 62 (2:1), 89 (3:2)
Rusiya – İtaliya – 3:0
Qollar: Kerjyakov, 60 (1:0), Şirokov, 76 (2:0), 89 (3:0)
