Türkiyə mediası yeni iddia ortaya atıb.
Korner.az-ın qardaş ölkə mətbuatına istinadən verdiyi məlumata görə, belə iddia olunur ki, İtaliyanın böyük komandalarından biri olan “Milan” Fatih Terimi baş məşqçi postuna gətirmək üçün fəaliyyətə keçib.
Dünən “Fiorentina”ya məğlubiyyətdən sonra da Alleqrinin yeri əməlli başlı laxlayıb.
Komanda rəhbərliyinin İtaliya futboluna çox yaxşı bələd olan Fatih Terimlə yaxın günlərdə görüşəcəyi deyilir.
