İtaliyanın “Napoli” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, Madrid “Real”ının forvardı Qonzalo İquain bundan sonra İtaliya nəhənginin şərfini qoruyacaq.
“Napoli” argentinalı forvardla 5 illik müqavilə imzalayıb. Bu transfer “Napoli”yə 42 milyon avroya başa gəlib. Futbolçu isə 5 il ərzində italyanlardan 42,3 milyon avro qazanacaq.
Qeyd edək ki, İquainlə maraqlanan klublar arasında “Arsenal” və “Yuventus” da var idi.
