İtaliya nəhəngi onunla müqavilə yeniləyir
23.12.2024 , 15:30
“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Turin təmsilçisi oyunçunun müqaviləsini uzadacaq.
Klub rəhbərliyi artıq 26 yaşlı futbolçu ilə yeni müqavilə üçün danışıqlara başlayıb.
Makkenninin sözləşməsinin müddətinin 2029-cu ilə qədər yenilənməsi gözləyir.
Onun “Yuventus”la hazırkı anlaşması 2026-cı ilin yayına qədərdir.