İtaliya nəhəngi Gündoğanı heyətinə qata bilər
10.04.2019 , 15:12

Milanın “İnter” klubu yeni mövsüm üçün transfer hazırlıqlarını davam etdirir.
İtaliya mətbuatına istinadən verilən məlumata görə, adı çəkilən klub “Mançester Siti” klubunda çıxış edən türkiyəli futbolçu İlkay Gündoğan üçün “şəhərlilər”ə təklif göndərəcək. “İnter” yarımmüdafiəçini 60 milyon avroya heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, İlkay Gündoğan özü də “Mançester Siti” ilə müqavilə yeniləməkdən imtina edib.
