Beqoviç “Milan”da qalır
25.04.2020 , 11:22

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını “Milan”da davam etdirəcək.
Korner.az-ın məlumatına görə, Milan təmsilçisi bosniyalı qapıçını göndərməyi düşünsə də bu qərarından daşınıb.
İtaliya təmsilçisi 32 yaşlı qapıçı ilə yolları ayırmaq fikrində deyil və onun yayda başa çatacaq icarə müqaviləsini daha bir il müddətinə uzatmaq istəyir.
