Fənərbaxça”nın sabiq baş məşqçisi Aykut Kocaman “Latsio” klubunu çalışdıra bilər.
Korner.az-ın “Eurosport.com”a istinadən verdiyi məlumata görə, yanvar ayında komandanın hazırkı çalışdırıcısı Petkoviçlə yolları ayırmağa hazırlaşan İtaliya təmsilçisi boş qalmış baş məşqçi postuna türkiyəli mütəxəssisi gətirmək istəyir.
Klubun nümayəndələri ilə A.Kocamanla maraqlandıqlarını təsdiqləyib.
Qeyd edək ki, Kocamanı “Marsel” də baş məşqçisi kimi görmək istəyir.
