İtaliya millisinin üzvü “İnter”ə keçdi
01.07.2018 , 14:51

Çempionlar Liqasında çıxış edəcək İtaliyanın “İnter” klubu heyətini gücləndirmək yönündə fəaliyyətini davam etdirir.
Milan təmsilçisi “Sassuolo”dan Matteo Politanonu 5 milyon avroya icarəyə götürüb. Müqavilənin şərtlərinə görə, “İnter” 24 yaşlı vingeri mövsüm başa çatdıqdan sonra daha 20 milyon avro ödəməklə transfer hüququna sahib çıxa bilər.
Qeyd edək ki, Politano İtaliya millisinin üzvüdür. “Roma”nın yetirməsi 2015-ci ildən “Sassuolo”da çıxış edirdir.
