İtaliya millisinin heyəti açıqlandı
06.06.2024 , 19:08

İtaliya millisinin Avro-2024 üçün yekun heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, heyətdə 26 futbolçu yer alıb:
Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (“Napoli”), Qulelmo Vikario (“Tottenhem”);
Müdafiəçilər: Alessandro Bastoni (“İnter”), Raul Bellanova, Alessandro Buonjorno (“Torino”), Rikkardo Kalafiori (“Bolonya”), Andrea Kambiasso (“Yuventus”), Matteo Darmian (“İnter”), Covanni Di Lorenzo (“Napoli”), Federiko Dimarko (“İnter”), Canluka Mançini (“Roma”);
Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Brayan Kristante (“Roma”), Nikolo Faqioli (“Yuventus”), Maykl Folorunşo (“Verona”), Davide Frattesi (“İnter”), Jorginyo (“Arsenal”), Lorenzo Pelleqrini (“Roma”);
Hücumçular: Federiko Kyesa (“Yuventus”), Stefan El Şeravi (“Roma”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Zakkani (“Latsio”).
İtaliya millisi iyunun 9-da Bosniya və Herseqovina millisi ilə yoldaşlıq oyunu keçirəcək. Avro-2024-də İtaliya millisi İspaniya, Xorvatiya və Albaniya ilə B qrupunda mübarizə aparacaq.
