İtaliya polisi oyun alqı-satqısında şübhəli bildiyi futbolçuların evlərinə baxış keçirib.
Korner.az-ın “La Gazzetta dello Sport”-a istinadən məlumatına görə, şübhəlilər arasında “Milan”ın və İtaliya millisinin keçmiş yarımmüdafiəçisi Cennaro Qattuzo və eks-“Latsio”lu Kristian Brokki də var.
Qeyd edək ki, artıq iki futbolçunun həbs edildiyi bildirilir. Ancaq onların adları hələ ki açıqlanmayıb.
