İtaliya millisindən kənarlaşdırıldı
09.06.2025 , 10:30

Luçano Spaletti İtaliya millisinin baş məşqçi vəzifəsindən gedib.
Korner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
66 yaşlı mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Norveçə məğlubiyyətə (0:3) görə postundan kənarlaşdırılıb.
Spaletti 2023-cü ilin yayından yığma komandaya rəhbərlik edirdi.
