Avropa çempionatında yarımfinala vəsiqə uğrunda İngiltərə ilə qarşılaşacaq İtaliya millisi şok itki iə üzləşib. Korner.az-ın məlumatına görə, komandanın müdafiəçisi Georgi Cellini zədələnərək sıradan çıxıb. Müdafiəçi İrlandiya ilə baş tutan oyunun 57-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Həkimlərin müayinəsindən sonra futbolçunun dizində yırtıq aşkarlanıb və onun qarşıdakı matçı buraxacağı dəqiqləşib.
Belə olan halda isə, Cellinini müdafiədə Banuççinin əvəzləyəcəyi gözlənilir.
