İtaliya millisində gözlənilməz dönüş: Verratti qayıda bilər
02.03.2026 , 20:00
İtaliya millisinin baş məşqçisi Gennaro Gattuzo dünya çempionatının pley-off oyunları ərəfəsində heyətlə bağlı qərar verməkdə çətinlik çəkir.
Korner.az xəbər verir ki, mütəxəssis bu səbəbdən təcrübəli yarımmüdafiəçi Marko Verrattini yenidən komandaya cəlb etməyi planlaşdırır.
Bildirilir ki, Qattuzo futbolçu ilə birbaşa əlaqə saxlayıb və aparılan danışıq müsbət nəticələnib.
Hazırda Qətərin “Əl-Ərəbi” klubunda çıxış edən 33 yaşlı oyunçu milliyə qayıdaraq komandaya dəstək verməyə hazır olduğunu ifadə edib.
Verratti cari mövsümdə 15 matçda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.