Dortmund "Borussiya"sının türk yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu iddianı İtaliyanın "Corriere dello Sport" nəşri ortaya atıb.
Qəzet yazır ki, klublar arasında danışıqlara yaxın günlərdə başlanılacaq. "Dortmund"la müqaviləsi 2017-ci ildə bitəcək 25 yaşlı İlkay cari mövsümdə 28 matçda meydana çıxıb və 2 qol vurub.
