İtaliya kubokunda finalçılar müəyyənləşdi
14.06.2020 , 15:17

İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, mərhələnin cavab görüşü çərçivəsində “Napoli” “İnter”i qəbul edib.
Səfərdə minimal hesabla qələbə qazanan Neapol təmsilçisi doğma meydanda qollu heç-heçə edərək finala yüksəlib.
13 iyun
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
“Napoli” –“İnter”– 1:1
Qollar:Eriksen, 2 (0:1) Mertens, 41 (1:1)
(ilk oyun 1:0)
12 iyun
“Yuventus”– “Milan”– 0:0
(ilk oyun 1:1)
