İtaliya kuboku: yarımfinal və final oyunlarının vaxtı açıqlandı
05.06.2020 , 16:56
Koronavirus pandemiyasına görə dayandırılan İtaliya kubokunda yarımfinal və final oyunlarının vaxtı açıqlanıb.
Korner.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora məlumat verib.
Yarımfinal mərhələsinin cavab görüşü iyunun 12-də keçiriləcək.
Final qarşılaşması isə iyunun 17-də baş tutacaq.