DÇ-2014-ün D qrupunda baş tutan İtaliya – Kosta-Rika matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu, Kosta-Rika millisinin futbolçusu Brayan Ruizdir.
Hücumçu oyunun taleyini həll edən yeganə qolun müəllifi olub. O, meydanda olduğu 81 dəqiqə ərzində 36 ötürmə və qapıya 2 zərbə ilə də yadda qalıb.
