İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşdi
21.12.2020 , 22:58

“Cenoa”nın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Davide Ballardini çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
56 yaşlı mütəxəssislə mövsümünün sonunadək müqavilə imzalanıb. O, bu postda Rolando Maranı əvəzləyib.
