İtaliya klubunun önəmli siması olacaq
27.05.2025 , 11:30

“Yuventus”un futbolçusu Kenan Yıldızla bağlı yeni xəbər var.
Korner.az xəbər verir ki, 20 yaşlı oyunçu klubun yeni idman layihəsinin ən önəmli simalarından biri olacaq.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Onun İtaliya klubu ilə yeni müqavilə imzalayacağı gözlənilir.
Ötən mövsüm “Yuventus”un heyətində 48 oyuna çıxan Kenan Yıldız 9 qol vurub, 7 məhsuldar ötürmə edib.
Hazırkı bazar dəyəri 45 milyon avro olan oyunçunun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
