İtaliya klubunu o çalışdıra bilər
17.06.2025 , 13:00

Niderlandlı mütəxəssis Mark van Bommel “Parma”nı çalışdıra bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hazırda işsiz olan 48 yaşlı məşqçi komandaya rəhbərlik edə biləcək potensial namizədlər arasındadır.
İtaliya klubunun rəhbərliyi hələlik yekun qərarını verməyib.
