İtaliya klubunu La Liqaya dəyişəcək?
20.12.2024 , 15:14
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, braziliyalı oyunçunun qış transfer pəncərəsində komandasını dəyişə biləcəyi gözlənilir.
Melonun icarə əsasında La Liqa klubuna keçəcəyi bildirilir.
Onun xidmətində “Betis”, “Valensiya” və “Vilyarreal” kimi klublar maraqlıdır.