İtaliya klubundan yeni transfer
17.06.2023 , 16:08

İtaliyanın “Leççe” klubu ötən yay icarəyə götürdüyü iki futbolçunun transfer hüquqlarını aldığını açıqlayıb.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”ın hücumçusu Lorenso Kolombo ilə “Sampdoriya”nın qapıçısı Vladimiro Falkoneni birdəfəlik heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Leççe” bu keçidlərə görə “Milan”a 2,5, “Sampdoriya”ya isə 3,5 milyon avro ödənildiyini bəyan edib.
