İtaliya klubundan yeni transfer
11.01.2021 , 19:16

“Bolonya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Lill”dən müdafiəçi Adama Sumaoronu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı fransız futbolçu transfer hüququnun alınması şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
