İtaliya klubundan yeni transfer
03.02.2026 , 12:00
“Roma” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Bavariya”nın 24 yaşlı futbolçusu Brayan Saraqosanı mövsümün sonuna qədər icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Saraqosa bu mövsümün ilk yarısını İspaniyanın “Selta” klubunda keçirib, 26 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.