İtaliya klubundan yeni transfer
19.01.2026 , 18:35
“Lids Yunayted”in futbolçusu Cek Harrison A Seriyasında “Fiorentina”da çıxış edəcək.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli vinger icarə əsasında “bənövşəyi”lərə qoşulub və klub oyunçu üçün 1 milyon avro ödəyib.
Əgər istəsələr, “Fiorentina” 7 milyon avroya Harrisonun daimi transferini reallaşdıra bilər. Harrison 2021-ci ildə “Mançester Siti”dən “Lids Yunayted”ə keçmişdi.