İtaliya klubundan “Olimpik”ə?
19.02.2026 , 20:00
“Olimpik” (Lion) müdafiəsini gücləndirmək üçün “Yuventus”un mərkəz müdafiəçisi Federiko Qattini ilə maraqlanır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, klub futbolçunu yaxından izləyir və onun yayda İtaliyadan ayrılacağı gözlənilir.
Hazırda rəsmi təklif olmasa da, Qattini “Olimpik”in transfer prioritetləri siyahısında ilk yerlərdə qərarlaşıb.
27 yaşlı müdafiəçinin “Yuventus”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.