İtaliya klubundan “Liverpul”a?
25.12.2024 , 18:02
“Yuventus”un futbolçusu Kənan Yıldız transfer xəbəri ilə yenidən gündəmə gəlib.
Korner.az xarici KİV-ə istinadla xəbər verir ki, gənc ulduz karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
19 yaşlı vingerin xidmətində “Liverpul” maraqlıdır.
“Yuventus”un Kənan üçün “Liverpul”dan 40 milyon avro tələb etdiyi bildirilir.