İtaliya klubundan ayrılır?
10.01.2025 , 13:30
Transfer çalışmalarını davam etdirən “Fənərbağça” heyətini mərkəz müdafiəçisi gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Bolonya”da çıxış edən kolumbiyalı müdafiəçi Con Lukumini transfer etmək üçün hərəkətə keçib.
İtaliya klubu isə futbolçunu ən azı mövsümün sonuna qədər heyətində saxlamaq istəyir.
Bazar dəyəri 18 milyon avro olan 26 yaşlı futbolçu bu mövsüm “Bolonya”nın heyətində 14 matçda 1 məhsuldar ötürmə edib.