İtaliya klubunda yoluxma
03.01.2021 , 13:59

“Spetsiya” klubunun iki futbolçusu koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçular-Matteo Riççi və Cennaro Akamporadan götürülmüş COVİD-19 testlərinin nəticə müsbət olub. Onların karantinə alındığı bildirilib.
