İtaliya klubunda yeni müqavilə
24.03.2021 , 18:25

İtaliyanın “Sampdoriya” klubunda yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub hücumçusu Manolo Qabbyadini ilə yeni sözləşmə imzalayıb.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Qabbyadini 2019-cu ilin yanvarından “Sampdoriya”nın uğurları üçün çalışır.
