İtaliya klubunda yeni baş məşqçi
23.02.2023 , 21:39

“Spetsiya”nın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi Leonardo Sempliçiyə tapşırılıb.
O, bir neçə gün öncə istefaya göndərilmiş Luka Qottini əvəzləyib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasındakı müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
