İtaliya klubunda yeni baş məşqçi
11.02.2020 , 18:15

İtaliyanın SPAL klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Luici Di Byaco çalışdıracaq.
Mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, o, baş məşqçi postunda Leonardo Sempliçini əvəz edib.
