İtaliya klubunda yeni baş məşqçi
03.07.2024 , 09:47

“Empoli”nin yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komanda Roberto D`Aversaya tapşırılıb.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O? bu vəzifədə Davide Nikolunu əvəzləyib.
