İtaliya A seriyasında uğrusuz çıxışları ilə azarkeşlərini üzən "Palermo" baş məşqçisi Can Pyero Qasperini ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, Siciliya adasının təmsilçisi çempionatda keçirdiyi 23 oyunda 12 məğlubiyyət, 8 heç-heçə və 3 qələbə qazana bilib.
Qasperini "Palermo"nun öz meydanında "Atalanta"ya məğlubiyyətdən (1:2) sonra komandadan uzaqlaşdırılıb.
