İtaliya klubunda ciddi itki
12.02.2020 , 19:57

İtaliyanın “Latsio” klubu ciddi itkiylə üzləşib.
Korner.az xəbər verir ki, paytaxt klubunun kapitanı Senad Luliç zədələnib.
Yarımmüdafiəçinin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
2011-ci ildən “Latsio”da forma geyinən Luliç bu mövsüm A Seriyasında 20 oyunda iştirak edib.
