İtaliya klubunda ayın ən yaxşısı
08.05.2024 , 21:35

“İnter”də aprel ayının ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğludur.
Futbolçu ötən ayın ən yaxşısı seçilib.
Hakan apreldə İtaliya klubunun heyətində çıxdığı 5 matçda 4 qol vurub.
Çalhanoğlu 2021-ci ilin iyulundan “İnter”də çıxış edir.
