İtaliya klubuna keçməyəcək
26.01.2026 , 11:45
“Fənərbağça”dan icarə ilə ayrılmaq istəməyən En-Nesir, “Yuventus”la transferi reallaşdırmayacaq.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Turin klubunun idman direktoru Corco Kyellini açıqlamasında bildirib ki, futbolçunun razılaşma şərtləri ilə bağlı tərəddüdləri səbəbindən danışıqlar dayandırılıb:
“En-Nesiri ilə daimi transfer planlamırıq”.
Qeyd edək ki, bir müddət əvvəl futbolçuya 5 milyon avroya icarə və 19+3 milyon avroya satınalma hüququ təklifi gündəmdə idi.