İtaliya klubu yeni transferə hazırlaşır
06.01.2025 , 12:00
“Napoli” heyətini gücləndirmək üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Neapol təmsilçisi “Kalyari”nin qapıçısı Simone Skuffetlə maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, tərəflərin artıq razılığa gəldiyi bildirilir.
Klubun yaxın vaxtlarda 28 yaşlı qolkiperlə müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacağı gözlənilir.