İtaliya klubu qolkiperlə müqavilə yeniləyir
24.02.2025 , 17:40

“Napoli” qapıçısı Aleks Meret ilə davam edəcək.
Korner.az xəbər verir ki, klub rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq qolkiper üçün hərəkətə keçib.
İtaliya mətbuatında yer alan xəbərə görə, “Napoli”nin 27 yaşlı oyunçu ilə müqaviləni 2027-ci ilə qədər uzatmaq istədiyi bildirilib.
Qarşıdakı günlərdə tərəflər arasında sözləşmənin imzalanacağı gözlənilir.
2018-ci ildən “Napoli”də çıxış edən Meretin hazırkı bazar dəyəri 12 milyon avro olaraq göstərilir.
