İtaliya klubu onu transfer edə bilər
27.06.2024 , 13:49

“Beşiktaş”ın futbolçusu Ante Rebiç üçün İtaliyadan talib çıxıb.
Korner.az xəbər verir ki, futbolçu ilə “Hellas Verona”nın maraqlandığı bildirilir.
Otaliya klubunun xorvatiyalı vingeri transfer etmək istədiyi bildirilir.
30 yaşlı cinah yarımmüdafiəçisi əvvəlki mövsümdə “Beşiktaş”ın heyətində 23 matçda meydana çıxıb. Bu matçlarda Ante Rebiç 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Ante Rebiçin “Beşiktaş”la müqaviləsi 30 iyun 2025-ci ildə başa çatacaq.
Mina Musayeva
